Qanı ilə tarix yazan qəhrəman VİDEO


Digərləri 11 Yan 2022 15:48:00 179 0

Qanı ilə tarix yazan qəhrəman  VİDEO

Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəmanlarımızdan biri də İlyasov Şükür Qənbər oğludur. 1991-ci ildə Şabran şəhərində anadan olan Şükür İlyasov 2009-2010-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb. Uşaqlıqdan hərb sənətinə olan sevgisi onu yenidən ordu sıralarına qaytarıb.

Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılan Şükür İlyasov Kəlbəcər istiqamətində hərbi əməliyyatlarda iştirak edib. Murovdağ zirvəsinin azad edilməsi uğrunda gedən ağır savaşda isə şəhidlik zirvəsinə yüksəlib. Döyüşdə göstərdiyi şücaətinə görə, ölümündən sonra Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

Şükürün yoxluğu ailəsini üzsə də onun şəhadəti ilə valideynləri və yaxınları qürur duyur. İlyasovlar ailəsinin daha bir təsəllisi isə odur ki, övladlarının qanı yerdə qalmayıb.

Qeyd edək ki, 9 yanvar tarixi şəhid Şükür İlyasovun doğum günüdür. Yaşasaydı 31 yaşı tamam olacaqdı. Şəhidin doğum günü ilə bağlı keçirilən mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid valideynləri və yerli sakinlər iştirak etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi qələbəndə söz açdılar. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəblində yaşayacaq. Mərasimdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndirdi.

Son.az Real Tv-nin hazırladığı sujeti təqdim edir: