Uill Smit bu roluna görə “Qızıl Qlobus” alıb VİDEO FOTO


Şou-biznes 11 Yan 2022 14:42:00 118 0

Uill Smit bu roluna görə “Qızıl Qlobus” alıb  VİDEO  FOTO

Amerikalı aktyor Uill Smit "Dram filmində ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus" alıb. Bu barədə mükafatın təşkilatçıları "Twitter"də məlumat yayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Smit tennisçi Sirena və Venus Uilyamsın atasından bəhs edən "Kral Riçard"dakı ("King Richard") roluna görə mükafatlanıb.

Real hadisələr üzərində qurulan süjet peşəkar tennisçilər Vinus və Serena Uilyamsın, onların atası Riçard Uilyamsın həyatından bəhs edir. Filmin büdcəsi 100 milyon dollar təşkil edir.

Filmin rejissoru Reinaldo Marcus Grindir. Baş rolda iki dəfə "Oskar" mükafatına namizəd olan Uill Smit çəkilib. Tennisçi bacıları Saniya Sidni və Demi Sinqlton ifa edirlər. Filmdə həmçinin Onjanyu Ellis, Con Berntal, Toni Qolduin və başqaları çəkilib.