Əhaliyə XƏBƏRDARLIQ


Digərləri 11 Yan 2022 12:30:00 135 0

Əhaliyə XƏBƏRDARLIQ

"Omikron ştammının dünyanın digər ölkələrində yayılmasından artıq xeyli vaxt keçib və bu səbəbdən də artıq əlimizdə kifayət qədər dəlil var ki, Omikronun daha yoluxdurucu olmasını qeyd edək".

Bunu Son.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, Omikronun digər ştammlardan daha öldürücü olduğu, daha ağır gedişlə müşahidə olunduğu təsdiqini tapmayıb:

"Omikronun bizə kimi aşkar olunduğu ölkələrdə yoluxma sayında artım müşahidə edilib. Bunu nəzərə alaraq Omikron Azərbaycanda da aşkar edildiyi üçün irəliləyən günlərdə yoluxma sayında artım müşahidə oluna bilər. Bunun qarşısının alınmağının tək yolu qorunma qaydalarına ciddi riayət etməkdir. Bildiyiniz kimi xüsusi qorunma tədbirlərimiz, xüsusi müəalicə tədbirlərimiz olmadığı üçün yalnız yuxarı tənəffüs yolları xəstəliklərinə xas olan ümumi qorunma qaydaları burada da keçərlidir. Yəni sosial məsafənin gözlənilməsi, maskanın taxılması, əl gigiyenası, otaqların havalandırılması...

Həmçinin virusun Omikron ştammına yoluxanlarda da digər ştammlarda olduğu kimi ağırlaşmaların qarşısını almaq üçün vaksinasiyanın tələblərinə də ciddi riayət olunmalıdır.