İnsana donuz ürəyi qoyuldu


Dünya 11 Yan 2022 08:08:00 127 0

İnsana donuz ürəyi qoyuldu

ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzində ilk dəfə olaraq 57 yaşlı Devid Bennettə geni dəyişdirilmiş donuzun ürəyi uğurla transplantasiya edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Universitetin rəsmi saytında bildirilir.

Qeyd olunur ki, sağalmaz ürək xəstəliyi olan 57 yaşlı xəstəyə ilk dəfə olaraq geni dəyişdirilmiş donuz ürəyi uğurla transplantasiya edilib. Əməliyatdan üç gün sonra pasient özünü normal hiss edir.

"Bu transplantasiya ilk dəfə göstərdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən rədd edilmədən fəaliyyət göstərə bilər", - deyə məlumatda bildirilir.