Açıq havada “iş kamerası” FOTO


Digərləri 10 Yan 2022 23:15:00 247 0

Açıq havada “iş kamerası”  FOTO

Macarıstan dizaynerlərinin "Workstation" layihəsi COVID-19 pandemiyası dövründə ortaya çıxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dizaynerlər bu dövrdə tənha "iş kamerası"na ehtiyac olduğunu dərk edərək, meşədə və ya küçədə yerləşdirilə bilən və tez bir zamanda quraşdırılan mikro evin layihəsini hazırlayıblar.

Açıq havada quraşdırılan evin konstruksiyası on beş çoxbucaqlı üzdən ibarət olmaqla, daxili çox sadədir. Ən əsası isə burada iş üçün zəruri şərait yaradılıb.