"Fuadıma qardaş gəlir"


Şou-biznes 10 Yan 2022 19:54:00 179 0

"Fuadıma qardaş gəlir"

Aktyorlar-Murad İsmayil və Ülviyyə Xəlilbəylinin ikinci övladının cinsiyyəti bəlli olub.

Son.az olay-a istinadən xəbər verir ki, bu barədə Ülviyyə instaqramda paylaşım edib. O bildirib ki, ikinci övladı da oğlan olacaq:

"Gələnin kimliyi bəllidir. Fuadıma qardaş gəlir".

Qeyd edək ki, Murad və Ülviyyə "Vicdan haqqı" seiralının çəkilişi zamanı tanış olub. Onlar 2018-ci ildə ailə qurublar. Cütlüyün Fuad adlı bir oğlan övladı var.