Brilliant Dadaşova: "Madonnaya necə müğənni deyə bilərəm?"


Şou-biznes 10 Yan 2022 15:48:00 132 0

Brilliant Dadaşova: "Madonnaya necə müğənni deyə bilərəm?"

Xalq artisti Brilliant Dadaşova dünyaca məşhur müğənni Madonnadan danışıb. 

Son.az xəbər verir ki, "Söhbət musiqidən gedir" verilişinə qonaq olan ifaçı dünya ulduzunun yaxşı ifaçı olmadığını deyib. Dadaşova Madonnanı müğənni kimi bəyənmədiyini bildirib:

"Mən Madonnanı oxuyan hesab etmirəm. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın nəslindən olan insanam, mən necə Madonnaya müğənni deyə bilərəm? Mənim üçün o, heç vaxt müğənni ola bilməz!"