Bu ərazidə teztez qəza baş verir


Digərləri 10 Yan 2022 15:54:00 112 0

Bu ərazidə teztez qəza baş verir

Oğuz rayonunda Cavanşir və Dədə Qorqud küçələrinin kəsişməsindəki yolayrıcında tez-tez qəza baş verməsi sakinləri narahat edir. Bəzən belə qəzalara bir gündə dəfələrlə rast gəlinir. Sakinlər həmin yolayrıcında işıqfor qoyulmaqla bu problemin həll edilə biləcəyini bildirirlər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, əzilmiş  dirəyin  üstündə olan ağ, qırmızı, göy və digər rənglər  qəzalar zamanı avtomobillərdən düşüb.

Oğuz rayonunda  Dədə Qorqud və Cavanşir küçələrinin kəsişdiyi  yer maşınların və piadaların ən çox  keçdiyi  yolayrıcılarındandır. Bu yolayrıcının yaxınlıqda məscid, Uşaq bağcası və 3 saylı məktəb yerləşir. Yolu çətinliklə keçən məktəblilərin gözləri önündə baş verən belə avtoqəzaları onları qorxudur. 

Yolda hərəkəti tənzimləyən işıqforun olmaması sürücülərin və piyadaların işini çətinləşdirir. Sakinlər burda həftədə bir neçə dəfə, bəzən isə bir gündə iki  avtoqəza olduğunu deyirlər.

Oğuz rayon İcra hakimiyyətindən bildirildi ki, rayonun yeni yaşayış massivlərində olan küçələrdə  yeni yol nişanlarının  qoyulması və sözügedən yol ayrıcına işıqforun quraşdırılması nəzərdə tutulub.