ABŞda koronavirusa yoluxanların sayı 60 milyonu keçib


Dünya 10 Yan 2022 07:41:00 95 0

ABŞda koronavirusa yoluxanların sayı 60 milyonu keçib

ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyon nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 60 062 077 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 837 504 nəfər vəfat edib.

Bundan əlavə bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 306,6 milyon nəfər, koronavirusdan ölənlərin sayı isə 5,4 milyon nəfər təşkil edir.

ABŞ bu iki göstərici üzrə dünyada birinci yerdə qalmağa davam edir.