Uşaqları bu halda bağçaya göndərməyin


Digərləri 09 Yan 2022 11:45:00 128 0

Uşaqları bu halda bağçaya göndərməyin

Son zamanlar uşaqlar arasında yoluxma halları kəskin artıb. Valideynlər infeksiyanın bağça və məktəblərdə uşaqlar arasında yayıldığını bildirirlər.

Pediatr Qoşqar İsmayılov Axar.az-a açıqlamasında qeyd edib ki, xüsusən son 2 həftə ərzində yayılan virus bir qədər fərqli mutasiya olunmuş influenza virusudur.

"Uşaqlarda xüsusən yüksək hərarət müşahidə olunur. Xəstəyə hərarətsalıcı, yəni antipiretik dərmanlar verilir. Lakin bəzən qızdırma 8-10 saat normaya düşmür. Yayılan virus xüsusilə kataral əlamətlərlə - daha çox öskürək, burunaxma ilə özünü göstərir. Uşaqlarla yanaşı, böyüklərə də keçir. Müalicəyə baxmayaraq, bir həftə ərzində bu infeksiya təkrarlana bilər", - həkim bildirib.

Q.İsmayılov deyib ki, valideynlər uşaqlarında burunaxma, yüksək hərarət, öskürək, boğazağrısı kimi şikayətlər görərsə, mütləq şəkildə öz pediatrına müraciət etsinlər: