Operativ qərargahın iclası


Dünya 09 Yan 2022 11:52:00 135 0

Operativ qərargahın iclası

Güc strukturları tərəfindən Qazaxıstanda ictimai asayişin və təhlükəsizliyin tam bərpası üçün bütün lazımi tədbirlər görüləcək.

Trend-in Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev yanvarın 9-da keçirilən operativ qərargahın iclasında deyib.

İclas zamanı dövlət başçısı tərəfindən müəyyən rayonlarda baş vermiş iğtişaşların nəticələrinin aradan qaldırılması üzrə Hökumət Komissiyasının yaradılması tapşırılıb.

Qazaxıstan prezidenti Almatıda və digər bölgələrdə inzibati binaların, sosial və kommunal obyektlərin bərpası işlərinə tez bir zamanda başlanılması barədə göstəriş verib.