Qazaxıstanın bütün regionlarında vəziyyətin sabitləşdiyi bildirilib


Dünya 09 Yan 2022 10:24:00 173 0

Qazaxıstanın bütün regionlarında vəziyyətin sabitləşdiyi bildirilib

İğtişaşların baş verdiyi Qazaxıstanın bütün bölgələrində vəziyyət sabitləşib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayevin açıqlamasında bildirilib.

Nazir bildirib ki, hazırda ölkədə qanunçuluq və hüquq qaydasının bərpası istiqamətində antiterror əməliyyatı davam etdirilir:

"Hazırda ölkənin bütün bölgələrində vəziyyət sabitləşib. Akimatların [yerli administrasiyaların] bütün binaları hüquq-mühafizə orqanları tərəfindən azad edilib. Kommunal obyektlərin, həyat təminatı sistemlərinin işi bərpa olunur".