Almatıda terror aksiyalarının 100dən artıq iştirakçısı saxlanılıb


Dünya 07 Yan 2022 22:30:00 140 0

Almatıda terror aksiyalarının 100dən artıq iştirakçısı saxlanılıb

Qazaxıstanın cənub-şərqindəki Almatı şəhərində keçirilən xüsusi əməliyyat zamanı terror aksiyalarının 100-dən çox iştirakçısı saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə polis departamentinə istinadən "Xəbər-24" telekanalı məlumat yayıb.

Polis departamentindən bildirilib ki, xüsusi əməliyyat zamanı polis əməkdaşları terror aksiyalarının 100-dən çox iştirakçısını saxlayıb, polis əməkdaşları şəhərin müxtəlif yerlərində silah-sursat müsadirə ediblər.