Zəncirvari qəza Yaralılar var


Digərləri 07 Yan 2022 22:25:00 171 0

Zəncirvari qəza  Yaralılar var

Cəlilabadda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ 2106, VAZ 21011 və VAZ 2101 markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Qəzada xəsarət alanlar həmin rayonun mərkəzi xəstəxanasına çatırılıb.

Faktla bağlı araşdırma aparılır.