Axşam saatlarında Almatıda atışma yenidən başlayıb


Dünya 07 Yan 2022 07:49:00 138 0

Axşam saatlarında Almatıda atışma yenidən başlayıb

Qazaxıstanın Almatı şəhərində axşam saatlarında atışma yenidən başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Mir-24" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə şahidləri Respublika Meydanı ərazisində toqquşmaların baş verdiyini bildiriblər.

Hərbçilər səsucaldandan istifadə edərək küçələri tərk etməyi tələb edirlər. Bildirilib ki, bundan əlavə, bütün sakinlərin telefonlarına komendant saatını xatırladan SMS mesajları gəlir.