Elarizin ABŞdakı bu FOTOsu marağa səbəb oldu


Şou-biznes 05 Yan 2022 13:24:00 206 0

Elarizin ABŞdakı bu FOTOsu marağa səbəb oldu

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun "55"​ seriyalı (Şəki) dövlət nömrə nişanlı avtomobillə çəkdirdiyi şəkli sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi izləyicilər bunun montaj olduğunu qeyd edib.

Son.az xəbər verir ki, "Qafqazinfo"ya danışan E.Məmmədoğlu fotonun real olduğunu bildirib:

"Avtomobili dostum gəmi ilə gətizdirib. Şəkil 2021-ci ilin noyabrında Nyu-York ştatının Bruklin şəhərində "Baku Nights" restoranının qarşısında çəkilib".

Müğənni, həmçinin əlavə edib ki, dostu avtomobili elə Azərbaycanın qeydiyyat kodu ilə idarə edir.