Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidirlər?


Digərləri 05 Yan 2022 11:48:00 126 0

Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidirlər?

"Azəriqaz" İB-nin əməkdaşları tərəfindən avtomatik olaraq sıfırlanmayan mexaniki-elektron qaz sayğaclarının sıfırlaması prosesi davam etdirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabatın hər il yanvarın ilk ongünlüyündə aparıldığını bildirib.

"Sayğacların sıfırlanması yanvarın 10-adək davam edəcək. Əməkdaşlarımız prosesdə iştirak edir. Vətəndaşlardan da xahiş etmişik ki, mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərsinlər. Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır" - deyə, o, qeyd edib.

Eldəniz Vəliyev onu da əlavə edib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.