"Mercedes" 800 mindən artıq avtomobili geri çağırıb


Digərləri 05 Yan 2022 08:06:00 123 0

"Mercedes" 800 mindən artıq avtomobili geri çağırıb

Almaniyanın "Mercedes" avtomobil istehsalçısı mümkün nasazlıqlar səbəbilə 800 mindən artıq avtomobili geri çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin dekabrda müştərilərə göndərdiyi məktuba istinadən "Bild" qəzeti xəbər verib.

Məktuba əsasən, soyuducu mayenin nasosunda potensial nasazlıq ola bilər. Müəyyən şəraitdə bəzi hallarda yanğın da baş verə bilər.

Problem ondadır ki, müvafiq nəqliyyat vasitələrinin sahibləri koronavirus pandemiyasının səbəb olduğu ehtiyat hissələrinin çatışmazlığı səbəbindən texniki baxış tarixini hələ təyin edə bilmirlər.