Tokayev Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejimi tətbiq etdi


Dünya 05 Yan 2022 07:00:00 120 0

Tokayev Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejimi tətbiq etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərarlar imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, fövqəladə vəziyyət rejimi vəziyyətin gərginləşməsi ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğun və asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilib.

Bildirilir ki, fövqəladə vəziyyət rejimi yerli vaxtla yanvarın 5-i saat 01:30-dan yanvarın 19-u saat 00:00-a qədər qüvvədə olacaq.