Mangistau və Almatıda komendant saatı tətbiq edilib


Dünya 05 Yan 2022 07:16:00 151 0

Mangistau və Almatıda komendant saatı tətbiq edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətin və Almatı şəhərində komendant saatı tətbiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə döclət başçısının fərmanında deyilir.

Məlumata əsasən, komendant saatı yerli vaxtla saat 23:00-dan səhər saat 07:00-dək tətbiq edilir.

Bildirilir ki, Mangistau vilayəti və Almatı şəhərinə giriş və çıxış bağlanır. Mangistau vilayəti və Almatı şəhərində dinc toplantılar və kütləvi tədbirlər qadağan edilir.