55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu FOTO


Şou-biznes 02 Yan 2022 15:58:00 146 0

55 yaşlı Sindi paltarını dəyişərkən paparassilərə "hədəf" oldu  FOTO

Amerikalı supermodel Sindi Krouford Meksikada tətildə olarkən paparassilərə tuş gəlib və fotoları ilə internetdə müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, müvafiq fotolar və şərhlər Daily Mail-də yer alıb. Ailəsi ilə birlikdə Kabo San Lukasda tətil keçirən məşhurun fotolarına fərqli baxışlar olub.

Tənqid edənlər "Bu qadına 55 yaş vermək olar" "arıq və yöndəmsiz fiqur", "çirkin qadın", "Onun İnstaqramdakı bütün retuş şəkilləri yalandır" dedilər. Tərif yazanlar isə "İnanılmaz dərəcədə gözəl!", "55 yaşlı qadın belə görünməlidir!" yazıblar.