Qlobal bazarlarda son bir ildə taxıl və ərzaq qiymətləri sürətlə artır


Digərləri 31 Dek 2021 13:10:00 148 0

Qlobal bazarlarda son bir ildə taxıl və ərzaq qiymətləri sürətlə artır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2021-ci il 8 dekabr tarixli hesabatı və və "TradingEconomics platforması"nın məlumat bazasına əsasən dünyada əsas ərzaq və istehlak məhsullarının qiymətləri artıb.

Dünyada taxıl məhsullarının qiymətlərində cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,1 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 23,2 faiz artım müşahidə olunur.

Təklif qıtlığı şəraitində tələbin kəskin artması buğda qiymətlərinin dünya bazarında kəskin olaraq davamlı artmasına və dünya bazarında buğdanın qiymətinin 2011-ci ilin may ayından bəri ən yüksək səviyyəyə çatmasına səbəb olub.

Ekspertlər taxıl və buğdanın qiymət artımındakı səbəblərin müxtəlif olduğunu bildirirlər. Əsas amillərdən biri son illər hökm sürən qlobal istliləşmənin yaratdığı quraqlıq göstərilir.Quraqlıq hökm sürməsi taxıl məhsullarının istehsalında kəskin azalmaya gətirib çıxarıb. Dünya bazarlarında taxılın qıtlığı taxıl istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinin artmasına və dünya bazarlarına daha az miqdarda taxılın ixracına səbəb olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi son bir neçə ilin quraqlıq səbəbi ilə kənd təsərrüfatı istehsalçıları üçün əlverişsiz olduğunu bildirib. ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz növbəsində Avstraliyada meşə yanğınlarının buğda tarlalarına ziyan vurduğunu və bu il olduğu kimi 2022-ci ildə də buğda ixracının 17 faiz azalacağını gözləyir.

Dünya bazarında qiymət artımı təkcə taxıl və buğda ilə də yekunlaşmır. Qlobal bazarlarda süd məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 3,4 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 19,1 faiz artıb. Tərəvəz yağlarının qiymətlərində qlobal bazarlarda oktyabr ayında rekord qiymət artımı müşahidə olunmuş, lakin noyabr ayında qiymət üzrə cüzi (0,2 faiz) azalma baş verib.Dünya bazarında ət məhsullarının qiymətləri cari ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,9 faiz azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz yüksəkdir.

Trend-ə açıqlaması zamanı iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, dünya bazarında taxıl, ərzaq və istehlak məhsullarının artmasının üç mühüm fundamental səbəbi var.