Azərbaycan dili üzrə sınaq imtahanının nətcələri açıqlanıb


Digərləri 29 Dek 2021 22:49:00 275 0

Azərbaycan dili üzrə sınaq imtahanının nətcələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə 2021-ci il dekabrın 26-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib

DİM-dən Son.az-a verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1070 abituriyentdən 82 nəfəri imtahana gəlməyib.

Daha əvvəl də qeyd olunduğu kimi, sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçirilib.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılıb. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunub.

İmtahanda abituriyentlərə 30 tapşırıq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; - oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq; - dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilib.

İmtahanda maksimum 100 bal toplamaq mümkündür.