Piylənmə ilə mübarizə edir, beyini qoruyur. Siz də


Digərləri 28 Dek 2021 01:01:00 149 0

Piylənmə ilə mübarizə edir, beyini qoruyur. Siz də

E vitamini 2 növ molekuldan ibarətdir - tokoferol və tokotrienol. Əsas qidaların və apteklərdə satılan E vitamini kapsulların tərkibində tokoferol var.

Tokotrienol daha nadir maddədir. Lakin yeni elmi araşdırdırmalar göstərib ki, məhz tokotrienol əsl supervitamin adlandırmaq olar. Tokotrienol çox güclü antiokidantdır, orqanizmi hüceyrə səviyyəsində bərpa edir, müxtəlif pozulmaların və xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır.

Alimlər xüsusilə vurğulayırlar ki, tokotrienol sinir hüceyrələrini qoruyur və onların bərpasını sürətləndirir.

Tokotrienol damarları və kapilyarları qoruyur, aterosklerozun qarşısını alır.

Tokotrienol dəri və sümüklər üçün də çox faydalıdır.