Kefirin inanılmaz faydaları açıqlanıb


Digərləri 26 Dek 2021 12:30:00 255 0

Kefirin inanılmaz faydaları açıqlanıb

Kefir - ən faydalı süd məhsuludur, onun sağlamlığa inanılmaz faydası var.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə türkiyəli dietoloq Zülal Yalçın məlumat verib.

O qeyd edib ki, bu fermentləşdirilmiş süd məhsulu probiotik məhsullar arasında birinci yerdədir, çünki tərkibində çoxlu sayda faydalı mikroorqanizmlər var.

"Kefir minerallar və əvəzolunmaz amin turşuları, xüsusilə də fosfor və kalsiumla zəngindir", - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, kefir bağırsaq florasının qorunması və müəyyən qida maddələrinin sintezi üçün çox vacibdir.