Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ:


Digərləri 26 Dek 2021 10:10:00 143 0

Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ:

İstifadə müddəti bitmiş bank kartını sadəcə atmaq olmaz, ondan əvvəl onu kəsmək lazımdır.

Son.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "PG Partners" hüquq firmasının baş idarəedici partnyoru Peter Qusyatnikov danışıb.

"Prime" agentliyi ilə söhbətində ekspert izah edib:

"Kartı kəsmək lazımdır ki, fırıldaqçılar kartda saxlanan məlumatlara, məsələn, hesab nömrəsinə çıxış əldə etməsinlər. Məlumatda rəqəmsal və əlifba kodları, maqnit zolağı və holoqramlar var. Onları məhv etmək lazımdır".

"Əgər siz artıq kartdan istifadə etmək niyyətində deyilsinizsə, o zaman onun bağlandığı hesab bağlanmalıdır, xüsusən də kart kredit kartıdırsa", - Qusyatnikov bildirib.