Çexiyada fövqəladə vəziyyət rejimi ləğv edilib


Dünya 26 Dek 2021 09:52:00 129 0

Çexiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

Çexiyada koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, pandemiya dövründə qüvvədə olan hüquqi aktların infeksiyanın yayılması ilə effektiv mübarizə aparmağa imkan verəcəyinə qərar verilib.

Ölkə hakimiyyəti epidemioloji təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarəti gücləndirib. Qanun pozucuları əvvəlkindən daha sərt şəkildə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, noyabrın 25-i Çexiyada koronavirusla əlaqədar 30 günlük fövqəladə vəziyyət rejimi elan edilmişdi.