Gürcüstanda koronavirusa yoluxanların sayı 916 mini keçib


Dünya 22 Dek 2021 12:24:00 108 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 916 mini keçib

Gürcüstanda ötən sutka ərzində koronavirusa 2 739 yeni yoluxma halı təsdiqlənib, 3 072 nəfər müalicə olunaraq sağalıb, 52 pasiyent vəfat edib.

Son.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Pandemiya başlayandan bu günə qədər qonşu ölkədə 916 477 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 869 411-i sağalıb, 13 221-i isə dünyasını dəyişib.