Lirənin ucuzlaşması manata da təsir edəcək?


Digərləri 22 Dek 2021 11:45:00 121 0

Lirənin ucuzlaşması manata da təsir edəcək?

"Dekabr ayının 20-də prezident Rəcəb Tayyip Erdoğanın çıxışından sonra demək olar ki, TL müəyyən qədər də olsa dəyər qazanmağa başladı".

Bunu Son.az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı ekspert bildirib ki, Türkiyə iqtisadiyyatı risk qarşısındadır:

"Verilən yeni depozit qaydalarına görə, əhali depozitini 6 ay türk lirəsi (TL) şəklində bankda saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 50 %-i, 1 il saxladığı təqdirdə kurs faizindən yaranmış fərqin 100 %-i geri ödənəcəkdir. Bu qərar müəyyən qədər də olsa TL-nin dəyər qazanmağına imkan yaratdı. Lakin hesab edirəm ki, bu uzun sürən proses olmayacaq. TL müəyən müddət sonra yenidən dəyər itirməyə başlayacaqdır. Burada əsas strategiya, insanların banklardan depozitlərini çəkib, ABŞ dollarına konvertasiya etməsinin qarşısını almaqdır. Burada önəmli bir sual ortaya çıxır. Bu faiz fərqini kim ödəyəcəkdir?

Bankların bu qərara görə hansısa maliyyə resursu ayıracağını və eyni zamanda bu addımın marağında olacağını düşünmürəm. Bu proses hesab edirəm ki, yenə də dövlət tərəfindən həyata keçiriləcəkdir. Bu isə büdcə xərclərinin birbaşa artması deməkdir ki, bu da növbəti period üçün Türkiyə iqtisadiyyatını daha da riskə atır.