Qışda ürəyi yoran 4 səbəb türk kardioloq


Digərləri 20 Dek 2021 22:40:00 147 0

Qışda ürəyi yoran 4 səbəb  türk kardioloq

Soyuq hava infarkt keçirməyə səbəb olur. Odur ki, mütəxəssislər bu havalarda həddindən artıq qalın və ya nazik paltar geyinməməyi, həmçinin yağlı pəhrizdən, yorucu idmandan uzaq durmağı məsləhət görür.

Qışda havaların soyuq keçməsi ilə ürək-damar xəstəlikləri artır. Bunun əsas səbəbi soyuq havanın təsiridir və soyuq havada ürəyin bədənin istilik ehtiyacını ödəmək üçün daha çox işləməsi lazımdır.

Son.az xəbər verir ki, uzman kardioloq Mutlu Güngör bildirib ki, ürəyi qidalandıran tac damarlarının daralması səbəbindən ürək istədiyi qanı, yəni ehtiyacı olan oksigeni ala bilmir və nəticədə ürəkdə qida çatışmazlığı yaranır. Beləliklə, ürək toxumasına gedən qanın miqdarı azalır.

Qış aylarında ürək sağlamlığına mənfi təsir edən amillərdən biri küləkdir. Bunun səbəbi küləyin döş nahiyəmizdə əmələ gələn isti hava təbəqəsini çıxararaq damarların daralmasına səbəb olmasıdır.

Artıq çəki də ürəyin iş yükünü artırır. Bu mənada həddindən artıq ağır və yağlı yeməklər qəbul etməmək, sadə şəkərlərdən uzaq durmaq, toksinlərin atılması üçün kifayət qədər maye içmək çox vacibdir.