Son bir həftədə İtaliyada COVID19a yoluxma və ölüm halları 18 faiz artıb


Dünya 17 Dek 2021 21:35:00 139 0

Son bir həftədə İtaliyada COVID19a yoluxma və ölüm halları 18 faiz artıb

İtaliyada son 7 gündə koronavirusa yoluxma və ölüm halları əvvəlki həftə ilə müqayisədə 18 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə COVID-19 infeksiyasına gündəlik yoluxma sayı isə martın 13-dən bu vaxtadək ilk dəfə 26 mini keçib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən gün İtaliyada COVID-19-a yoluxanların sayı 26 min 109 nəfər artaraq ümumilikdə 5 milyon 308 min 108-ə yüksəlib. Koronavirus qurbanlarının sayı isə 123 nəfər artaraq 135 min 301-ə çatıb.

Aktiv COVID-19 xəstələrinin sayı 317 min 930, reanimasiya şöbəsində olanlar 917 nəfərdir.

Keçən il dekabrın 27-dən etibarən koronavirus əleyhinə aparılan vaksinasiya kampaniyası çərçivəsində bu günədək İtaliyada 104 milyon 269 min 620 doza peyvənd vurulub. Peyvəndlərini tamamlayanların sayı 46 milyon 24 min 585 nəfərdir. Peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti isə 85,22 faizdir. Sentyabrın 20-dən ölkədə xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. Bu vaxtadək 13 milyon 603 min 773 əlavə peyvənd tətbiq edilib.