Malayziya hökuməti Yeni il şənliklərinə qadağa qoyub


Dünya 17 Dek 2021 20:59:00 129 0

Malayziya hökuməti Yeni il şənliklərinə qadağa qoyub

Malayziya hökuməti koronavirusun "omikron" ştamının yayılmasının qarşısını almaq üçün ölkədə Yeni il şənlikləri ilə bağlı böyük tədbirlərin təşkilinə qadağa qoyub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Malayziyanın səhiyyə naziri Hayri Camaluddin bəyan edib.

"Yeni il şənlikləri ilə bağlı böyük tədbirlər qadağan edilib, kiçik tədbirlərə isə bunların iştirakçıları COVID-19 testindən keçdikdən sonra icazə verilə bilər", - deyə nazir bildirib.

Məmur əlavə edib ki, bu barədə qərar ölkədə "omikron" ştamına yoluxma ilə əlaqədar iki hal qeydə alındıqdan sonra qəbul edilib.