Bakıda yaşlı qadın baxıcı tərəfindən döyülüb


Digərləri 17 Dek 2021 10:36:00 298 0

Bakıda yaşlı qadın baxıcı tərəfindən döyülüb

Bakıda xəstə yaşlı qadına qarşı fiziki zorakılıq edilib.

Son.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü qeydə alınıb.

Müşahidə kameralarına düşən bu kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayeva ilə bir yaşamadığından ona kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. Ta ki, qadının bədənindən xəsarət izləri aşkar edilən günə qədər. Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən qadın danışa bilmədiyi üçün onun özünə xəsarət yetirməsi Zemfira Musayevanın qızında şübhə yaradıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Zemfira Musayevanın qızı kamera qoyudluqdan sonra baxıcı Sona Axundovanın anasına necə qulluq etməsinin şahidi olub.

Qadının ''Xəzər Xəbər''ə müraciətindən sonra biz də həmin ünvana yollandıq. Yaşlı qadının həqiqətən ağır xəstə və nitqində qüsur olduğunun şahidi olduq.