Abşeronda 4 avtomobil qəzaya uğrayıb FOTO


Digərləri 17 Dek 2021 07:00:00 156 0

Abşeronda 4 avtomobil qəzaya uğrayıb  FOTO

Abşeron rayonunun Xırdalan şəhərində yol-nəqliyyatı hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Nissan" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini yol kənarında dayanan "Chevrolet", "Toyota" və "Mazda" markalı maşınlara çırpıb.

Qəza nəticəsində "Nissan" markalı avtomobilin sürücüsü xəsarət alıb. Qəzaya səbəb olan avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.