Bakıda polis qəzada öldü


Digərləri 17 Dek 2021 07:22:00 186 0

Bakıda polis qəzada öldü

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Lökbatan-Xocəsən yolunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Nuriyev Əli Rəfael oğlu idarə etdiyi "KİA" markalı avtomobillə dairədə "MAN" markalı yük avtomobilinə çırpılıb. Minik avtomobilinin sürücüsü Ə.Nuriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantıdır. Hadisə zamanı o, işdən çıxaraq evə gedirmiş.