"Əvvəllər tum çırtlayanlar indi TikToka girir"


Şou-biznes 16 Dek 2021 15:24:00 169 0

"Əvvəllər tum çırtlayanlar indi TikToka girir"

Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak "Tiktok"a girənləri axmaq adlandırıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə şəxsi "Instagram" hesabında paylaşım edib.

"İnsanların çoxu təəssüf ki, axmaq və təhsilsizdir. Bu mənim fikrim deyil, bir faktdır. Əvvəllər bu sosial şəbəkə yox idi deyə, oturub tum çırtlayırdılar. İndi isə həmin şəxslər "Tiktok"da sürünür" - deyə Sobçak qeyd edib.

Onun bu fikirləri ölkədə gündəm yaradıb  və insanlar tərəfindən qınanılıb.