"Daim ölkəmizin avtomobil və dəmir yollarını təkmilləşdiririk"


Digərləri 16 Dek 2021 13:34:00 169 0

"Daim ölkəmizin avtomobil və dəmir yollarını təkmilləşdiririk"

Azərbaycan sərhəd-buraxılış məntəqələrinə nəzarət üçün növbəti yol xəritəsini hazırlayır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.

"Biz daim ölkəmizin avtomobil və dəmir yollarını təkmilləşdiririk. Sərhəd-buraxılış məntəqələrinə nəzarət üçün növbəti yol xəritəsinin yaradılması nəzərdə tutulur", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf edir.

"Vacib layihələrdən biri kimi Şimal-Cənub dəhlizini göstərmək olar. Rusiyadan yüklər Azərbaycan vasitəsilə bir neçə istiqamətdə hərəkət edir. Bakı-Tbilisi-Qars layihəsi sayəsində Rusiya yükləri Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə daşınır", - Ş.Mustafayev deyib.