İsterik nevroz, əsəb pozulmasının bitkilərlə müalicəsi, reseptlər


Digərləri 13 Dek 2021 21:54:00 202 0

İsterik nevroz, əsəb pozulmasının bitkilərlə müalicəsi, reseptlər

Son.az bildirir ki, isteriya nevrozun kəskin növüdür, bu zaman insanlarda güclü isterik tutmalar olur.

Son zamanlar insanlar arasında sinir, nevroloji şikayətlərin artdığını nəzərə alıb, Herba Floranın nevrozlar üçün məsləhət gördüyü dərman bitkilərindən xalq təbabəti reseptlərini təqdim edirik:

Hansı bitkilərlə necə müalicə olunmaq lazımdır?

- 1 xörək qaşığı astra çiçəkləri 1 stəkan qaynar suda dəmlənir, soyudulur və süzülür. Gündə 3-4 dəfə 1 xörək qaşığından qəbul edilir.

- 1 çay qaşığı cəbrayılotu kökü 1 stəkan qaynar suda dəmlənir, gündə 3-4 dəfə yarım stəkandan içilir. Cəbrayılotu dəmləməsini vanna şəklində də istifadə etmək olar. Bunun üçün vannaya 1 litr hazır dəmləmə əlavə etmək lazımdırş

- 2 xörək qaşığı qırmızı yemişan meyvələri xırdalanır və 1,5 stəkan qaynar suda dəmlənir. Soyuduqdan sonra dəmləmə süzülür və 3 hissəyə bölünərək yeməkdən yarım saat əvvəl içilir.

- 1 xörək qaşığı xırdalanmış pişikotu kökləri termosa tökülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur və bir gecə dəmlənir. Süzüldükdən sonra 1 xörək qaşığından gündə 3-4 dəfə içilir. İsterik tutma zamanı 1/3 stəkandan gündə 3 dəfə qəbul olunur. Pişikotu dəmləməsini 2 aydan artıq qəbul etmək tövsiyə olunmur.

- 10 qram qurudulmuş ivançay yarpaqları 1 stəkan qaynar suda 15 dəqiqə dəmlənir, 1 xörək qaşığından gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur.

- 10 qram xırdalanmış başınağacı qabığı üzərinə 1 stəkan qaynar su əlavə olunur, yarım saat vam odda qaynadılır, soyuduqdan sonra süzülür və qaynadılmış soyuq su əlavə edərək həcmi 200 ml-ə çatdırılır. 1 xörək qaşığından gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.

- Dərman bədrənc (limonlu nanə) yarpaqlarından 1 xörək qaşığı götürülür və 1 stəkan qaynar suda dəmlənir, 2-3 dəfəyə içilir. Bədrənc otunu qara çayla əlavə etməklə də içmək olar.

- 1 xörək qaşığı istiotlu nanə yarpaqları 1 stəkan qaynar suda 5 dəqiqə vam odda qaynadılır, soyudulub süzüldükdən sonra səhər və axşam yarım stəkandan içilir.

- Novruzçiçəyi yarpaqları və köklərinin qarışığından 1 çay qaşığı 1 stəklan qaynar suda yarım saat dəmlənir, soyuduqdan sonra səhər və axşam 1/2 stəkandan içilir.

- Gündə 2-3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı Nevronat şərbəti az miqdar su ilə həll edilir və qəbul olunur.

- 15 qram beşdilimli damotu otu 1 stəkan qaynar suda dəmlənir, süzüldükdən sonra 1 xörək qaşığından gündə 3-5 dəfə qəbul edilir. Damotunun təzə sıxılmış şirəsi də sakitləşdirici təsir göstərir. Onu 30-40 damcıdan gündə 1-2 dəfə qəbul etmək məsləhətdir.

- 1 dəstə topulqa otu su ilə dolu vedrəyə salınır və bir gecə saxlanır. Səhər otla birlikdə qaynadılır, soyudub süzdükdən sonra xəstə dəmləmə ilə yaxalanır.

- Ağ kələmin və ya yasəmənin yarpaqları şirəsi çıxana qədər əzilir və alın nahiyəsinə islatma kimi qoyulur.

- Gündə 2 dəfə səhər və günorta yeməkdən əvvəl 2 kapsul Nat-Sedativ qəbul edilir, yatmazdan əvvəl isə 2 filtr-bağlama Sedativ çay dəmlənərək içilir.

- 3 xörək qaşığı mayaotu qozası, hərəsindən 2 xörək qaşığı nanə və bədrənc yarpağı, 1 xörək qaşığı aptek çobanyastığı çiçəkləri ətçəkən maşından keçirilir, alınan qarışıqdan 3 xörək qaşığı 800 ml qaynar suda 20 dəqiqə dəmlənir. Soyudulduqdan sonra süzülür, yarım stəkandan gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir.

- İsteriya zamanı təzə sıxılmış tərəvəz şirələri faydalıdır. 2 ədəd kiçik çuğundur və 1 ədəd yerkökü şirələri qarışdırılır, 4 xörək qaşığından gündə 3 dəfə yeməkdən yarım saat əvvəl içilir. Çuğundur şirəsinin əvəzinə xiyar şirəsi də içilə bilər

- Axşam yatmazdan qabaq 1 stəkan ilıq südə 1 çay qaşığı təbii bal əlavə edib içilir. Südlə balın qarışığı əsəbləri sakitləşdirir, yuxunu yaxşılaşdırır.

- Gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı arı südü dil altına qoyulur və əriyənə qədər ağızda saxlanır.

- 1 stəkan günəbaxan yağına 3 xörək qaşığı lavanda çiçəkləri, 1 xörək qaşığı ballı nanə yarpaqları əlavə olunur. 1 ay müddətində qaranlıq yerdə saxlanır və süzüldükdən sonra 2-3 xörək qaşığından gecə yatmazdan əvvəl qəbul olunur.

- Bibəriyyə (rozmarin), lavanda, zəncəfil, muskat qozunun efir yağları ilə qəbul edilən vanna da isteriyada yaxşı təsir göstərir. /medicina.az