1 dolların qiyməti 14 lirəni keçdi


Dünya 13 Dek 2021 15:56:00 316 0

1 dolların qiyməti 14 lirəni keçdi

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bu gün səhər saatlarında birjalarda bir dolların qiyməti 14 lirə həddini keçib.

Trend-in "ForEx" göstəricilərinə istinadən məlumatına görə, son birja günü ərzində lirə dollara nəzərən 3 faizə yaxın ucuzlaşıb.

Hazırda birjalarda 1 ABŞ dolları 14,25 lirə ətrafında alınıb-satılır. Gün ərzində bir dollar 14,46 lirəyədək yüksəlb.

Xatırladaq ki, Türkiyə lirəsi son iki ay ərzində dollara nisbətdə 56 faizə yaxın ucuzlaşıb.