Kadir İnanır 22 gün sonra xəstəxanadan çıxdı


Şou-biznes 13 Dek 2021 14:48:00 157 0

Kadir İnanır 22 gün sonra xəstəxanadan çıxdı

Keçirdiyi beyin qanamasından sonra xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Kadir İnanır 22 gündən sonra evə buraxılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, xəstəxana çıxışında aktyor media nümayəndələrinin suallarını cavablandırıb. Binanın arxa tərəfindən özəl avtomobilinə otuzdurulan İnanırın yanında sevgilisi Jülide Kurak da yer alıb.

Pərəstişkarları saatlarla xəstəxana önündə dayanaraq Kadiri görməyə çalışıb. Onun maşından düşməməsi isə tənqid edilib.

Kadir İnanır "Küçə dar olduğu üçün belə bir hal yaşandı. Çox təşəkkür edirəm. Xəstəxanadakılar sağalmağım üçün əlindən gələni etdi" sözlərini söyləyib.