Azərbaycanda ən çox onları axtarıblar


Şou-biznes 13 Dek 2021 15:00:00 198 0

Azərbaycanda ən çox onları axtarıblar

Bu il Azərbaycan üzrə "Google" və "Youtube"da ən çox axtarışa verilən adlar və sözlər açıqlanıb.

Son.az xəbər verir ki, Əlizadə Bayramovun xüsusi olaraq OLAY üçün etdiyi araşdırmada məlum olub ki, "Google"da ən çox axtarılanlarda ilk yeri bu il trendə çevirilən "Squid Game" serialı tutur.

Sonrakı 9 pillədə isə karantin rejimi ilə bağlı olan rəsmi prosedurların yer aldığı saytlar, həmçinin bir sıra mobil tətbiqetmələr tutur.

Azərbaycan üzrə ən çox axtarılan məşhurlar sırasına bloger Aynişan Quliyeva başçılıq edir.

İkinci pillədə aktrisa Pərvin Abıyeva,üçüncü yerdə isə idmançı Kamil Zeynallıdır.

Müğənni Hiss ən çox axtarılan qadın ifaçılar sırasında ilk pillədədir. Onun "Karma" ifası isə ən çox "search" edilən mahnılarda birinci yeri tutub.