Bakıda piyadanı avtomobil vurub


Digərləri 13 Dek 2021 07:52:00 124 0

Bakıda piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, qəza Əhmədli qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü Nəsirov Namiq Balabəy oğlu yolu keçərkən onu minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb. Piyada xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.