Braziliyada şiddətli yağışlar 7 nəfərin həyatına son qoyub


Dünya 13 Dek 2021 07:16:00 240 0

Braziliyada şiddətli yağışlar 7 nəfərin həyatına son qoyub

Braziliyanın şimal-şərqindəki Bahia və Minas-Jerais ştatlarında yağan güclü leysan yağışları nəticəsində azı 7 nəfər ölüb, 175 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu ştatların sərhəddində həftənin ortalarından etibarən siklon tüğyan edir, nəticədə bölgədə yağıntının miqdarı 450 mm-ə çatıb. Bahia ştatında 25 bələdiyyədə fövqəladə vəziyyət elan edilib ki, onlardan bəzilərində son 35 ilin ən dəhşətli daşqınları baş verib. Təbii fəlakət nəticəsində bir neçə körpü, iki çay bəndi dağılıb, üç magistral yolda hərəkət bağlanıb.

Xilasedicilərin məlumatına görə, 5,7 minə yaxın insan evsiz qalıb, daha 6,7 ​​min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakətdən bölgənin 85 mindən çox sakini zərər çəkib.