Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərdən hansı hallarda ƏDV tutulmur?


Digərləri 12 Dek 2021 23:45:00 134 0

Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərdən hansı hallarda ƏDV tutulmur?

Vergi Məcəlləsinə əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur. Belə ki, xaricdən malların alınmasına görə ödəniş, xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş və fiziki olaraq xaricdə alınan (istehlak edilən) iş və xidmətə görə ödənişlərdən ƏDV tutulmur.