EVİNİZİN enerjisini


Digərləri 12 Dek 2021 12:15:00 154 0

EVİNİZİN enerjisini

Evimiz ən çox vaxt keçirdiyimiz yerdir. Mənzilimizin enerjisi nə qədər yüksək olarsa, biz də özümüzü bir o qədər xoşbəxt hiss edirik. 

Son.az Lent.az-a istinadən evinizin enerjisini artırmağın yollarını təqdim edir. 

1. Evi tez-tez havalandırın Otaqların havasını 2 saatdan bir 10 dəqiqəlik ara ilə dəyişin. Təmiz hava evin ağırlığının dağılmasına imkan yaradır. Bu minimum vaxtdır. Ehtiyac olarsa havalandırmanın müddəti daha da artırıla bilərsiniz.

2. Pərdələri və jalüzləri açıq saxlayın

Evinizə nə qədər günəş işığı düşsə, özünüzü bir o qədər enerjili hiss edəcəksiniz. Gün işığı əhval-ruhiyyəni yüksəltmək üçün əsas vasitədir. 

3. Rənglərin enerjisindən istifadə etmək Hər rəng insanda fərqli hisslər yaradır. Yumşaq rənglər daha çox sakitlik verir, canlı rənglər isə insanlarda pozitivlik hiss etdirir. Tünd rənglər evin enerjisini xeyli azaldır. Sizi xoşbəxt edəcək rənglər və əşyaları kombin etmək bu işdə sizə çox kömək olacaq.