Bu günə qədər 20 min hektara yaxın ərazi minalardan təmizlənib


Digərləri 12 Dek 2021 12:39:00 192 0

Bu günə qədər 20 min hektara yaxın ərazi minalardan təmizlənib

Minalardan təmizlənməmiş əraziyə girərkən bədbəxt hdisələr baş verir. Keçən il noyabr ayından bu günə qədər 20 min hektara yaxın ərazi minalardan təmizlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri ANAMA-nın İdarə heyətinin sədri Vüqar Süleymanov deyib.

"Ən çox minalarla çirkləndirilmiş ərazi Füzuli, Ağdam, Tərtər rayonlarıdır. Bizim minalarla ən çox çirklənmiş yerlər təmas xəttidir. Düşmən həmin yerlərdə sıx və tələ minalar basdırıblar", - deyə o əlavə edib.

Sədr qeyd edib ki, həmin hissələri də minalardan təmizlənir. Ümumiyyətlə minalardan çirklənmə həcminə görə Azərbaycan dünyada ilk yerlərdədir. Düşmən əsasən ikiqat minalardan, tələ məftillərdən istifadə etməklə minalar qoyub.