Media haqqında qanun layihəsinə gələcək platforma kimi yanaşmalıyıq


Digərləri 10 Dek 2021 14:13:00 137 0

Media haqqında qanun layihəsinə gələcək platforma kimi yanaşmalıyıq

Media ilə bağlı çox ciddi bir sənəd hazırlanıb. Media mənsubları olaraq bu layihəyə gələcək platforma kimi yanaşmalıyıq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında "Media haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, kütləvi informasiya vasitələri ilə bağlı köhnə qanunun hazırlanmasından uzun zaman keçib və bu qanunun fəaliyyət dairəsi dəyişib: "Artıq tam yeni bir dövrdə yaşayırıq. 44 günlük Vətən müharibəsində qələbə hər birimizin qarşısında yeni vəzifələr, yeni məsuliyyət qoyur. Biz artıq 4-cü sənaye transformasiyası dövründəyik. Bu gün Azərbaycan mediası dünya mediasında olan çempionatın iştirakçısıdır", - deyə M.Ağayev bildirib.

O vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev informasiya müharibəsində də qələbə qazandı.

Onun sözlərinə görə, burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir: