Tərtərdə məktəbə hücum olub


Digərləri 10 Dek 2021 13:54:00 160 0

Tərtərdə məktəbə hücum olub

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev APA-a açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.