Avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb


Digərləri 10 Dek 2021 07:21:00 163 0

Avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb

Şəkidə minik avtomobili qəzaya uğrayıb. Hadisə axşam saatlarında rayonun Bolludərə kənd inzibati ərazisində qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, kənd sakini, 1951-ci il təvəllüdlü Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticədə sürücü Füzuli Əhmədov, onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Nazikə Abuzər qızı Əhmədova, qızı 1979-cu il təvəllüdlü Raziyə Əhmədova, nəvəsi 2012-ci il təvəllüdlü Sənubər Səbuhi qızı Əhmədova və 2002-ci il təvəllüdlü Zülfiyyə Fədail qızı Məhərrəmova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan F. Əhmədov və R. Əhmədovanın müalicəsi xəstəxananın reanimasiya, N. Əhmədovanın müalicəsi cərrahiyyə, S. Əhmədova və Z. Məhərrəmovanın müalicəsi isə təcili yardım şöbəsində aparılır.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.