Stress zamanı orqanizmdə bunlar pozulur Nə etməli?


Digərləri 06 Dek 2021 23:30:00 169 0

Stress zamanı orqanizmdə bunlar pozulur  Nə etməli?

Stres insan orqanizmində "pis" xolesterinin səviyyəsini artıra bilər.

Son.az xəbər verir ki, bunu ingiltərəli tanınmış nutrisioloq Timoti Leqq bildirib.

"Belə ki, insan əsəbi olanda kortizol hormonu və adrenalin ifraz olunur, bu da trigliserid yağların ifraz olunmasına gətirib çıxarır. Bu yağlar orqanizm üçün əsas enerji mənbəyidir, lakin onların artıqlığı insanlar üçün təhlükəli olan "pis" xolesterinin əmələ gəlməsinə səbəb olur", - ekspert izah edib.

O qeyd edib ki, serotonin və dopamini sərbəst buraxmaq üçün idman etmək və sağlam qidalanmaq lazımdır.

Qidalanma mütəxəssisi narahatlıq səviyyəsini azaltmaq üçün həmçinin banan, brokoli, ispanaq, avokado və tünd şokolad istehlak etməyi tövsiyə edib. /medicina.az